Bircə ayrılıq olma
Başım üstə səma ol,
Baxanda görüm səni.
Yağmurum, yağışım ol,
Sularında islanım.
Çağlayan dənizim ol,
Sahilinə yan alım.
Göylərdə günəşim ol,
Şəfəqindən güc alım.
Üzümdə təbəssüm ol,
Sevinc gətir qəlbimə.
Həyatıma sevgi ol,
Həyat verim sevginə.
Yamyaşıl çəmənim ol,
Çiçəyinsə mən olum.
Sonuncu ümidim ol,
Gümanına yoğrulum.
Yaşam ol, hər şeyim ol,
Hər nəyim olursan, ol.
Bircə ayrılıq olma,
Bir də həsrət nəğməsi...
Baxanda görüm səni.
Yağmurum, yağışım ol,
Sularında islanım.
Çağlayan dənizim ol,
Sahilinə yan alım.
Göylərdə günəşim ol,
Şəfəqindən güc alım.
Üzümdə təbəssüm ol,
Sevinc gətir qəlbimə.
Həyatıma sevgi ol,
Həyat verim sevginə.
Yamyaşıl çəmənim ol,
Çiçəyinsə mən olum.
Sonuncu ümidim ol,
Gümanına yoğrulum.
Yaşam ol, hər şeyim ol,
Hər nəyim olursan, ol.
Bircə ayrılıq olma,
Bir də həsrət nəğməsi...







