ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 28-08-2023, 10:03

Valideynlərin nəzərinə: Bu məktəb ləvazimatlarının qiymətləri BAHALAŞACAQ

Valideynlərin nəzərinə: Bu məktəb ləvazimatlarının qiymətləri BAHALAŞACAQ
Məktəb ləvazimatlarının qiymətində əvvəlki il ilə müqayisədə 9.8 faiz bahalaşma qeydə alınıb. Bahalaşmanın əsas səbəbi idxal edilən məhsulların qiymətinin yüksəlməsidir. Belə ki, idxal inflyasiyası məktəb ləvazimatlarının qiymətini artırıb.

Loading.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Məktəbli geyimlərinə də tələbin artması müşahidə olunub. Bu əksər məktəblərdə yeni məktəb geyimlərinin formalarının tətbiq edilməsi ilə bağlıdır. Bu isə ailələrin məktəbə hazırlıq xərclərini artırıb.

Bununla yanaşı, məktəb ləvazimatlarının qiymətində artım davam edib. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində daha yüksək artımlar var. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 332 295 370 340 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.