ice berg

ice berg İdman 30-08-2023, 19:00

Çempionlar Liqası: "CimBom" qrup mərhələsinə vəsiqə qazandı

Çempionlar Liqası: "CimBom" qrup mərhələsinə vəsiqə qazandı
UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə vəsiqə qazanan üç komanda müəyyənləşib.

Pley-offda baş tutan üç cavab görüşündən sonra yoluna bu turnirdə və UEFA Avropa Liqasında (AL) davam edən komandalar bəlli olub.

Türkiyə çempionu "Qalatasaray" səfərdə minimal fərqlə qalib gəldiyi Norveç təmsilçisi "Molde"ni qəbul edib. İstanbuldakı qarşılaşma da "cim-bom"un qalibiyyəti ilə yekunlaşıb və "Qalatasaray" qitənin ən nüfuzlu turnirinin qrupuna yüksəlib.

Digər cütlərdə İsveçrə "Yanq Boyz"u və Portuqaliya "Braqa"sı rəqiblərini üstələyərək, ÇL-in qrupuna vəsiqə qazanıblar. "Molde" ilə yanaşı, Yunanıstan klubu "Panatinaikos" və İsrailin "Makkabi" (Hayfa) komandası mübarizəni AL-in qrupunda davam etdirəcəklər.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust

23:00. "Qalatasaray" (Türkiyə) – "Molde" (Norveç) – 2:1
Qollar: Mauro İkardi, 7 (pen.). Angelinyo, 90+3 - Eyrik Hestad, 66
İlk oyun – 3:2

23:00. "Panatinaikos" (Yunanıstan) – "Braqa" (Portuqaliya) – 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2

23:00. "Yanq Boyz" (İsveçrə) – "Makkabi" (Hayfa, İsrail) – 3:0
Qollar: Sedrik İtten, 23. Abdulaye Sek, 28 (avtoqol). Filip Uqriniç, 46
İlk oyun – 0:0

Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 332 309 238 266 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.