n2006

n2006 Kosmetologiya 31-08-2023, 12:19

Həcmli qaşlara sahib olmaq istəyirsiniz?

Həcmli qaşlara sahib olmaq istəyirsiniz?
Qaşlar müxtəlif səbəblərlə görə tökülə bilər. Qadınları məyus edən bir başqa vəziyyət isə qaşlarda meydana gələn seyrəlmədir. Gözəlliyinizə əhəmiyyət verir və sağlam görünən qaşlara sahib olmaq istəyirsinizsə, bir az vaxt ayırmağınız şərtdir. Evdə də özünüz bəzi üsulların tətbiqi ilə qaş baxımı edə bilərsiniz.
Qaşlarınıza masaj edin
Qaşlarınız eyniylə saçlar kimi dibində qan axışından təsirlənən tüklərdir. Bu səbəbdən qaşlarınıza masaj etməyiniz vacibdir. Çox basdırmadan, incə hərəkətlərlə 10-15 dəfə masaj etməyiniz kifayət edəcək. Qaşlarınıza masaj etdikdə qan axışını sürətləndirmiş olarsınız. Daha çox oksigen qaş tüklərinin diblərinə gedir və qaşlar daha sürətli uzanır.
Hind yağı istifadə edin
Hind yağı sağlam qaşlara sahib olmağınıza köməkci olacaq. Hind yağı və zeytun yağını qarışdıraraq qaşlarınıza çəkin və masaj edin. Bu qarışıq üçün hər iki yağdan iki damla kifayətdir. Qarışıq əzələlərinizdə ən az beş dəqiqə qaldıqdan sonra durulama əməliyyatına keçə bilərsiniz.
Vazelinlə qaşlarınıza baxım edin
Vazelin yağlı və yumşaq tərkibi ilə dəriyə təravət verən bir maddədir. Bu səbəbdən qaşlarınıza onunla baxım edə bilərsiniz. Barmağınıza, ya da təmiz bir pambıq parçasına qoyacağınız vazelini əzələlərinizdə uzanmasını istədiyiniz bölgəyə sürtün. Bu əməliyyatı yatarkən edə bilərsiniz. Siz yatarkən qaşlarınız vazelin sayəsində bəslənər. Səhər qalxınca da qaşlarınızı təmizləyə bilərsiniz. Həftədə ən az iki gün bu tətbiqi edə bilərsiniz.
Zülallı qidalar istehlak edin
Zülal bədənimiz üçün çox əhəmiyyətlidir. Zülallı qidalar istehlak edərək, qaşlarınızın sağlam olmasını təmin edə bilərsiniz. Yumurta, yaşıl mərcimək, toyuq əti, qırmızı ət, qatıq, süd, badam kimi bir çox qida zülal ehtiva etməkdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
527 457 447 447 503 385

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.