ice berg

ice berg Şeirlər 7-09-2023, 22:00

Son səfərdir ölüm, öldünsə dirilmirsən axı..

Son səfərdir ölüm, öldünsə dirilmirsən axı..
- Demə gəlləm sənə baş çəkməyə, gəlmirsən axı,
Demə dərdimdən ölürsən mənim, ölmürsən axı..

Az cəfa et mənə, zalım qızı zalım, yola gəl,
Sən məhəbbət nədi, sevda nədi bilmirsən axı..

Son səfərdir ölüm, öldünsə dirilmirsən axı,
Sənə qiymət verənin qədrini bilmirsən axı..

Mən dedim, bəlkə, gələr rəhmə cəfakar ürəyin,
Yaş tökən gözlərimin yaşını silmirsən axı..

Bir ömürdür elə dünya düzəlirkən düzəlir,
Sən də dünya kimisən, məncə, düzəlmirsən axı..

Hər nəfəs atdığın addım bir ömür sərvətidir,
Son səfərdir ölüm, öldünsə dirilmirsən axı..

Sənə ruhunda açan gül dedi ən qiymətli,
Sənsə şair Vüqarın qədrini bilmirsən axı..

- Vüqar Biləcəri..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
991 937 875 771 764 822

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.