Ulya

Ulya Mətbəx 4-08-2017, 14:30

Qırmızı qarağatlı, qaymaqlı desert

Qırmızı qarağatlı, qaymaqlı desert
Qırmızı qarağatlı, qaymaqlı desert



Tərkibi (10 pay):

jele:
300 q qırmızı qarağat (və ya istəyə görə digər giləmeyvə)
150 q şəkər tozu
20 q jelatin

sufle:
400 ml 33-35%-li qaymaq
150 q şəkər tozu
1-2 q jelatin

həmçinin:
100 q şokolad

Jele hazırlamaq üçün: jelatini 150 ml soyuq qaynadılmış suda isladın (qablaşdırmada göstərilən müddətdə). Giləmeyvəni yuyub blenderə yığın. Xırdalayın. Əgər blender yoxdursa, giləmeyvəni döyüb, ələkdən keçirə bilərsiniz. 500 ml su, şəkər tozu əlavə edib şəkər tozu əriyənəcən ocağın üstündə saxlayın. Sonra jelatini əlavə edin, qaynara düşən kimi götürün (qaynatmaq olmaz).

Qablara yarısından olmaq şərtilə doldurun. Soyuducuda 6-8 saat, tam bərkiyənədək saxlayın.

Sufle hazırlamaq üçün: 100 ml soyuq qaynadılmış suda jelatini isladıb qablaşdırmasında göstərilən müddət qədər saxlayın. Sonra ocağın üstünə qoyun, qaynara düşən kimi götürün (qaynatmaq olmaz).

Qaymağı şəkər tozu ilə köpüklənib həcmi artanadək çalın. İsti jelatini əlavə edib qarışdırın.

Sufleni donmuş jelenin üstünə tökün.

Şokoladı sürtgəcin xırda gözündən keçirin. Suflenin üstündən səpin.
3-4 saat soyuducuda saxlayın.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
585 783 560 686 642 633

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.