Dünyanın ən yaxşı futbolçusunun adını AÇIQLADI
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone dünyanın ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb.
“Messi, dünya çempionu oldu. Dünyanın ən yaxşısı olmağa davam etmək üçün başqa nə qazanmalıdır?” – Loading.aZ xarici mediaya istinadən xəbər verir ki, argentinalı mütəxəssis deyib.
Argentinalı futbolçu yay transfer pəncərəsində “İnter Mayami”nin futbolçusu olub. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Messi bütün yarışlarda 10 oyunda iştirak edib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bundan əvvəl Messinin 2023-cü ildə “Qızıl top”a, eləcə də FİFA tərəfindən 2023-cü ilin ən yaxşı kişi futbolçusu mükafatına namizəd olduğu bildirilirdi. Xatırladaq ki, Lionel Messi karyerası ərzində yeddi “Qızıl top” qazanıb və bu göstərici üzrə rekordçudur.