n2006

n2006 Kosmetologiya 16-09-2023, 14:42

Göz makiyajının ən vacib sirləri

Göz makiyajının ən vacib sirləri
Göz kölgəsindən istifadə etmədən əvvəl göz qapaqlarınızı mütləq hazırlayın - bir az tonlaşdırıcı krem, ya da açıq rəngli qapadıcı və üzərinə yüngülvari pudra ilə. Fırçanızı tam olaraq doldurmayın, yüngülvari ton verərək başlayın və kölgələri getdikcə istəyə görə tündləşdirin.
İki, üç və ya dörd tonlu göz kölgələri ağlınızı qarışdırır? Ən açıq rəng başlanğıc üçündür – bir az açığı ilə göz qapağınızı boyayın. Orta tondakı iç yarısına və ən tünd rəngdə olanı çöl yarısı və kontur zolağına çəkilir.
Rəng kombinasiyaları barədə şübhələriniz varsa, tək və təbii rənglə bütün göz qapağını boyaya bilərsiniz.
Göz kölgəsinin gözünüzün iç və ya çöl kənarlarından çıxmasına icazə verməyin. Bu hal makiyajınızın tünd görünməsinə səbəb olacaq.
Uzun müddət qalıcı bir rəng istəyirsinizsə, kremin üstünə toz kölgə çəkin.
Kölgənizi çəkdikdən sonra tünd olduğunu düşünürsünüzsə, pambıqla yüngülvarı silin və ya dərinizə uyğun bir rənglə kölgənin rəngini açın.
Göz kölgənizdən müxtəlif üsullarda istifadə edə bilərsiniz - nəmli ya da quru - eyeliner əvəzinə. Təkcə kirpikləriniz boyunca çəkmək üçün uyğun bir fırçadan istifadə etməlisiniz.
Gözlərinizin iç künclərini (V hissəsi) açıq rəngli parıltılı bir boya ilə boyasanız, gözləriniz daha parlaq görünəcək.
Gözlərinizi tünd rəngli qələm və ya kölgə ilə çərçivələmək onları daha balaca göstərəcək. Əgər gözləriniz balacadırsa, buna diqqət edin.
Gözlərin alt iç hissəsini ağ rəngli qələmlə boyayaraq daha böyük gözlər əldə edəcəksiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 517 425 523 473 488

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.