n2006

n2006 Kosmetologiya 19-09-2023, 09:47

Dodaq boyayarkən edilən səhvlər

Dodaq boyayarkən edilən səhvlər
Hər bir xanım gözəl və cəlbedici görünməyi arzulayır. Buna görə də gündəlik həyatlarında bəziləri çox , bəziləri isə cüzi miqdarda makiyaj edir. Xanımlar makiyaj edərkən bəzi səhvlərə yol verirlər. Buna görə də bəzən gözəl görünmək arzuları nəticəsiz qalır. Xanımların ən çox səhv etdikləri də dodaq boyası seçimində və onun dodaqlara tətbiqi zamanı olur.
Makiyajın köməyi ilə nazik dodaqları vizual olaraq həcmli etmək olar.
Bunun üçün dodaqlara tonal vasitə çəkdikdən sonra tozşəkilli pudra vurulur və kontur karandaşla dodaqlar "doğma" səviyyəsindən 1-2 mm yuxarıda çəkilir. Həcmli effekt almaq üçün kontur xətti tünd çəhrayı və ya solğun qırmızı çalarlı olmalıdır. Dodaq boyası sədəfli açıq çəhrayı, şaftalı, ərik rəngli çalarlarında olmalıdır. Həcmli effekt alınması üçün "nəm" və "brilyant" şəffaf dodaq parıltıdan da istifadə etmək olar.
Çox həcmli dodaqlar üçün xüsusi maye korrektordan istifadə edirlər. Dodağın təbii sərhədini "gizlətmək" üçün bu kosmetik vasitəni dodağın xarici xətti üzrə çəkirlər. Bundan sonra rəngi orta tündlükdə olan karandaşla dodağın təbii sərhədindən 1-2 mm aşağı olmaqla xətt çəkirlər. Dodağın enini azaltmaq üçün sədəfsiz tünd dodaq boyası seçmək olar (qəhvəyi, şokolad rəngli, tünd qırmızı). Kosmetik parıltını isə yalnız dodağın mərkəzinə vurmaq olar.
Çox kiçik dodağı belə bir üsulla "böyüdürlər". Əvvəlcə təbii dodaq xəttini duru kosmetik korrektəedici vasitə ilə hamarlaşdırırlar. Sonra dodaqların künclərini yuxarı istiqamətə apararaq kontur karandaşla 2-3 mm uzadırlar. Dodaq boyası çox tünd olmamalıdır. Yaxşı olardı ki, bej və açıq çəhrayı rəngin çalarları seçilsin. 1-2 qat dodaq boyası üzərindən parlaq sədəfli dodaq parıltısı çəkilir.
Çox böyük ağız bəzən vulqar görünür. Dodağın "artıq" uzunluğunu "gizlətmək" üçün kontur karandaşla çəkilən xətt dodaq künclərindən 2-3 mm məsafədə başa çatmalıdır. Dodaq boyasını neytral çalarda seçirlər - şaftalı rəngi, açıq çəhrayı, bej-çəhrayı. Pomada vurulduqdan sonra kağız salfetlə dodağı yüngülcə qurulayır, kosmetik parıltıdan isə istifadə etməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
535 561 527 495 443 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.