HASANLY

HASANLY İdman 19-09-2023, 11:35

“Qarabağ” - “Molde” oyunu üçün Şotlandiyadan gəlirlər

“Qarabağ” - “Molde” oyunu üçün Şotlandiyadan gəlirlər
UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun təyinatları bəlli olub.

AFFA-nın saytının yaydığı məlumata görə, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.
VAR-da (Video Köməkçi Hakim) Nikolas Valş, AVAR-da (Video Köməkçi Hakim Assistenti) isə Steven Makleyn yer alacaqlar.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 20:45-də başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 360 289 375 326 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.