HASANLY

HASANLY İdman 22-09-2023, 14:44

Messi sosial şəbəkələrdə şərh yazmamasının səbəbini açıqladı: “Axmaq bir şey yazırsan və...”

Messi sosial şəbəkələrdə şərh yazmamasının səbəbini açıqladı: “Axmaq bir şey yazırsan və...”
“Inter Mayami”nin argentinalı hücumçusu Lionel Messi sosial şəbəkələrdə “like” və şərh şəklində fəaliyyətdən qaçdığını etiraf edib.

“Məni tez-tez əlimdə mobil telefonla görmək olar. Amma heç vaxt “like” qoymuram və şərh yazmıram. Çünki axmaq bir şey yazırsan və bir anda o, hər yerdə yayılır. Elə şeylər var ki, bundan sonra baş verə biləcəklərə görə qaçmağa üstünlük verirəm. Ancaq ailəm və dostlarımla gündəlik həyatda özümü heç nədən məhrum etmirəm”, - deyə Messi bildirib.

Qeyd edək ki, Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “Inter Mayami”yə keçib. Burada keçirdiyi 12 oyundan sonra Messi 11 qol vurub və beş məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
326 386 321 337 372 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.