ice berg

ice berg Qadın Dünyası 23-09-2023, 13:00

Tənbəl xanımlar üçün baxımlı olmağın asan yolları

Tənbəl xanımlar üçün baxımlı olmağın asan yolları

Qadınların çoxu bütün gün işdə yorulur, sonra da ev işləri ilə məşğul olurlar. Buna görə də özlərinə qulluq etməyə vaxtları olmur. Bəzi qadınlar isə elə anadangəlmə tənbəldirlər. Ancaq baxımlı olmaq, gözəl görünmək hər qadının haqqıdır.
Qadınların çoxu bütün gün işdə yorulur, sonra da ev işləri ilə məşğul olurlar. Buna görə də özlərinə qulluq etməyə vaxtları olmur. Bəzi qadınlar isə elə anadangəlmə tənbəldirlər.

Ancaq baxımlı olmaq, gözəl görünmək hər qadının haqqıdır. Biz də bunu nəzərə alaraq, həm vaxt azlığından əziyyət çəkən, həm də tənbəllik ucbatından özlərinə qulluq edə bilməyənlər üçün kiçik məsləhətlər verməyi qərara aldıq.

Loading.aZ tənbəl xanımların belə asanlıqla əməl edə biləcəkləri özünə qulluq qaydalarını təqdim edir:

Günəşdən qorunun

Evdən çıxamadan öncə mütləq günəşdən qoruyucu krem çəkin. Ancaq bu kremlər bir neçə saat sonra öz təsirini itirir. Tənbəl xanımların isə gün ərzində yenidən bu kremi çəkməyə imkanları olmaya bilər. Sizə tərkibində “SPF” olan kirşanlardan istifadə etməyi tövsiyə edirik. Beləliklə, həm qüsursuz görüntüyə sahib olacaqsınız, həm də gün ərzində Günəşin mənfi təsirindən qorunacaqsınız.

Dərini təmizləyin

Xüsusilə də yay mövsümündə dərinin ölmüş hüceyrələrdən təmizlənməsi çox önəmlidir. Ancaq üzü təmziləmək, losyonla silmək və qara nöqtər üçün vasitələrdən istifadə etmək çox vaxtınızı ala bilər. Ona görə də siz skrablardan istifadə etsəniz, daha yaxşı olar. Həftədə iki dəfə üzünüzü skrabla yuyun. Bu sadəcə 1 dəqiqənizi alacaq.

Qocalıqla mübarizə aparın

Qocalmağın qarşısını almaq üçün ən yaxşı vasitə antioksidantlardır. Xüsusilə də C vitamini qocalıq əlamətlərinə qarşı təsirlidir. Limon, qreyfurt və portağal kimi bol C vitaminli, həmçinin çiyələk kimi Günəşin zərərli şüasından qoruyan meyvələr sizə kömək edəcək. Maskalardan və kremlərdən istifadə etməyə həvəsiniz yoxdursa, qida rasionunuza dadlı və faydalı meyvə-tərəvəzləri daxil edin. Yay aylarında qazlı içkilər əvəzinə təbii meyvə sularına buz əlavə edərək dadlı sərinliyin dadını çıxarın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 493 451 444 384 444

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.