ice berg

ice berg Texnologiya 23-09-2023, 15:00

"iPhone 15 Pro"nun kamera qüsuru açıqlandı

"iPhone 15 Pro"nun kamera qüsuru açıqlandı

"Apple" şirkəti "iPhone 15 Pro" smartfonlarının kamerasındakı qüsuru açıqlayıb.

Loading.aZ xəbər verir ki, şirkət yeni Pro modellərdə inkişaf etmiş böyütmənin olmadığını bildirib.

Məlumata görə, yeni smartfonların kamerasında 10x böyütmə yoxdur. Bildirilir ki, qabaqcıl zoom "Samsung Galaxy S23 Ultra" da daxil olmaqla bir çox flaqmanlarda istifadə olunur.

Mütəxəssislər qeyd ediblər ki, 10x böyütmə ilə yüksək keyfiyyətli fotoşəkilləri əldə etmək çox çətindir. Bu böyütmə ilə şəkillər sabitləşmənin olmaması səbəbindən qeyri-aydın və bulanıq çıxacaq.

"Dünyanın ən möhkəm ştativi əlinizdə yoxdursa, ondan istifadə etmək həqiqətən çətin olacaq", - şirkət bildirib.

Apple həmçinin bildirib ki, digər smartfonların istifadəçiləri çox nadir hallarda 10x zoom istifadə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 417 408 395 410 432

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.