HASANLY

HASANLY İdman 23-09-2023, 10:41

Dünya çempionatı: Bu gün iki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər

Dünya çempionatı: Bu gün iki güləşçimiz Olimpiadaya lisenziya qazana bilər
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Millinin heyətində Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar.

63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.
Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatda Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 375 367 348 401 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.