reklam
44 günün hər günü Azərbaycanın şanlı tarixidir! 44 günün hər günü Azərbaycanın şanlı tarixidir! https://sun.az/uploads/posts/2023-09/thumbs/1695800983_anim_yurusu_prezident_i_eloiev_ve_vitse-.jpg
ice berg

ice berg Azərbaycan 27-09-2023, 12:30

44 günün hər günü Azərbaycanın şanlı tarixidir!

İşğalçı Ermənistan öz havadarlarının dəstəyi ilə 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış və təsdiq olunmuş ərazisini işğal altında saxlayıb. Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində ərazisinin 20%-ini işğal etmiş Ermənistanla danışıqlar aparıb. Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışıb. Lakin təəssüflər olsun ki,bunun heç bir nəticəsi olmadı. Ermənistan tərəfi Azərbaycanın sülh yolunda atdığı addımlarını düzgün qiymətləndirmədi. Müşahidə olundu ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə və onu əbədi etməyə çalışır. Lakin Ermənistanın həyasızlığını müşahidə edən Azərbaycan işğalla barışa bilməzdi və barışmadı da!

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuz əks hücum əməliyyatı həyata keçirdi. Həmin əməliyyat nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşməndən azad edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Cənab İlham Əliyev həmin gün xalqa növbəti müraciətində milli şüara çevrilmiş "Qarabağ Azərbaycandır və nida" ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: "…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir.Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücünu, qüdrətini nümayiş etdirdi və bununla dünyaya səs saldı. Xalqımız 44 günün hər bir dəqiqəsini, saatını qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdi. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.
Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu.

Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdıldı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edilir: "Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir".
Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlarımız iqtisadi və mədəni həyata qədəm qoydular. Düşmən vandalizminin izlərini 30 ildir köksündə daşıyan əzəli torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.

44 günün hər günü Azərbaycanın şanlı tarixidir!
44 günün hər günü Azərbaycanın şanlı tarixidir!İşğalçı Ermənistan öz havadarlarının dəstəyi ilə 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış və təsdiq olunmuş ərazisini işğal altında saxlayıb. Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində ərazisinin 20%-ini işğal etmiş Ermənistanla danışıqlar aparıb. Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışıb. Lakin təəssüflər olsun ki,bunun heç bir nəticəsi olmadı. Ermənistan tərəfi Azərbaycanın sülh yolunda atdığı addımlarını düzgün qiymətləndirmədi. Müşahidə olundu ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə və onu əbədi etməyə çalışır. Lakin Ermənistanın həyasızlığını müşahidə edən Azərbaycan işğalla barışa bilməzdi və barışmadı da!

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuz əks hücum əməliyyatı həyata keçirdi. Həmin əməliyyat nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşməndən azad edildi. Düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. Cənab İlham Əliyev həmin gün xalqa növbəti müraciətində milli şüara çevrilmiş "Qarabağ Azərbaycandır və nida" ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: "…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir.Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!".

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücünu, qüdrətini nümayiş etdirdi və bununla dünyaya səs saldı. Xalqımız 44 günün hər bir dəqiqəsini, saatını qələbə sorağı ilə böyük həyəcan, səbirsizliklə gözləyirdi. Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik.
Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu.

Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətdi. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdıldı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 min nəfərədək hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Ölkə Prezidentinin imzaladığı Sərəncamda da qeyd edilir: "Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir".
Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, bir milyona yaxın azərbaycanlının fundamental hüquqları bərpa edildi. Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdi.
Bu tarixi Qələbə ilə işğaldan azad olunan torpaqlarımız iqtisadi və mədəni həyata qədəm qoydular. Düşmən vandalizminin izlərini 30 ildir köksündə daşıyan əzəli torpaqlarımız bu gün dirçəlir, bərpa olunur, gözəlləşir.

Hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işlərini həyata keçirilir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atılır. Lakin azğın millətçi erməni neodaşnak qüvvələri məğlubiyyətləri ilə barışmaq istəmir və yenidən döyüş aparmaq niyyətində idilər. Bu məqsədlə onlar müxtəlif təxribatlar törədir, dinc əhaliyə qarşı müxtəlif yollarla qırğınlar törədirdilər. Ermənilərin təxribatlarına son qoyulmalı idi.
19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılırdı. Azərbaycanın Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı.

23 saat, 43 dəqiqə davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Müzəffər Azərbaycan Silahlı Qüvvələri hərb tarixində yeni rekorda imza atdılar. 23 saat, 43 dəqiqə ərzində Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Əldə olunmuş razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir.

Dövlət başçısı İlham Əliyev antiterror tədbirləri zamanı hərbçilərimizin nümayiş etdirdikləri yüksək peşəkarlıq və üstün mənəvi keyfiyyətləri də xalqa müraciətində xüsusi olaraq qeyd etdi. Ölkə rəhbəri bildirdi ki, bir günlük lokal antiterror tədbirlərində iştirak edən hər bir Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərib. Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılıb, tarixi hədəfə nail olunub. Erməni separatçılarının bu qədər sürətli və çevik bir əməliyyat sayəsində dizə gətirilməsi dünya hərb tarixi üçün də, separatçılıq problemi ilə üzləşən digər ölkələr üçün də həqiqətən də misilsiz bir örnəkdir. Vaxtı ilə tanklarla Yevlaxa qədər gələ biləcəklərini deyən, "yeni müharibə və yeni ərazilər" devizi ilə bizi hədələyən, hətta Bakıya qədər gəlməyin xəyallarını quran ermənilər ağ bayraqla Yevlaxa gəldilər. Ölkə rəhbərinin də vurğuladığı kimi antiterror tədbirləri yüksək peşəkarlıq və dəqiqliklə aparıldı. Azərbaycan Ordusu bu dəfə də humanist və ədalətli yanaşma ilə mülki əhalini hədəfə almadı. Çünki əvvəlcədən də bəyan edildiyi kimi, bizim məqsədimiz yalnız qanunsuz hərbi birləşmələri məhv etmək idi. Bu məqama diqqət çəkən Prezident xalqa müraciətində bildirdi ki, ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərdilər: "Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika məhv edildi və sıradan çıxarıldı". Prezidentin köməkçisi Hikmət Hacıyev də qeyd edib ki, Azərbaycan antiterror tədbirləri zamanı Qarabağda erməni mülki əhalisini hədəf almayıb. Bundan fərqli olaraq, Azərbaycan Ordusu hədəflərin zərərsizləşdirilməsində çox seçici və dəqiq olmaqla, dəqiq idarə olunan hərbi sursatlardan istifadə edib, eyni zamanda bütün mülki şəxslərə əvvəlcədən SMS vasitəsilə hərbi obyektlərdən uzaq durmaq lazım olduğu barədə məlumat verilib. Azərbaycan Ordusunun peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri dünya ictimaiyyəti tərəfindən də yüksək dəyərləndirilib. İsrailli hərbi ekspert Sergey Auslender deyib ki, Azərbaycan Ordusu dünya rekordu göstərdi: "Antiterror tədbirləri bir neçə açıq-aşkar amili nümayiş etdirdi. Müasir müharibələr belə aparılır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
116 144 86 131 94 102

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.