ice berg

ice berg İdman 28-09-2023, 13:00

“Mançester Yunayted”də başməşqçi dəyişir?

“Mançester Yunayted”də başməşqçi dəyişir?
“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla müqavilə müddətini artırmağı planlayır.

Loading.aZ saytı xəbər verir ki, klub rəhbərliyi hollandiyalı mütəxəssisin fəaliyyətindən razıdır.

Klubun baş direktoru Riçard Arnold və idman direktoru Con Merto Ten Haqı tam dəstəkləyir. Onların fikrincə, 53 yaşlı məşqçi “Mançester Yunayted”ə yüksək nəticələr qazandıracaq. Eriklə hazırki müqavilə 2025-ci ilin yayında bitəcək. Yeni razılaşmaya görə, əməkdaşlıq bir illik uzadılacaq.

Qeyd edək ki, “qırmızı şeytanlar” mövsümə heç də uğurlu başlamayıb. Komanda Premyer Liqada keçirdiyi 6 oyunun üçündə qələbə qazanıb, üçündə uduzub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 381 359 357 353 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.