ice berg

ice berg Şəkillər 2-10-2023, 23:53

Bakıda kosmik günlər... - FOTOLAR

Bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər.

"Loading.aZ'ın məlumatına görə, oktyabrın 6-na qədər davam edəcək Konqresdə iştirakla bağlı qeydiyyatdan 135 ölkədən 5300 civarında insan keçib.

Beynəlxalq Astronavtika Konqresində150 şirkət sərgi pavilyonunda təmsil olunur.

Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutur.

Qeyd edək ki, növbəti Beynəlxalq Astronavtika Konqresi İtaliyanın Milan şəhərində baş tutacaq. 2026-cı ildə Konqresin keçiriləcəyi şəhər isə Bakı Konqresi çərçivəsində seçiləcək və elan olunacaq.

Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindən maraqlı görüntüləri təqdim edirik:




























Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
561 564 615 514 494 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.