KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 6-10-2023, 19:00

Aİ Ermənistana yardım ayıracaq

Aİ Ermənistana yardım ayıracaq
Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen Avropa Siyasi İcmasının Qranadada keçirilən sammitinə gedərkən deyib.
“Biz Ermənistana 5,2 milyon avro ayırmışdıq. Mən bu gün Ermənistan baş nazirinə deyəcəyəm ki, biz bu məbləği iki dəfə artıraraq 10,2 milyon avroya çatdırdıq. Bundan əlavə biz Ermənistan büdcəsinə daha 15 milyon avro yardım edəcəyik”, - Lyayen bildirib.
Avropa Komissiyasının rəhbəri Qranadada Paşinyanla görüş keçirəcəyini və Ermənistana dəstək məsələsini müzakirə edəcəyini də deyib.
“Əlbəttə, Ermənistan bu gün müzakirələrdə mühüm rol oynayacaq. Mən Ermənistanın baş naziri ilə ikitərəfli formatda görüşəcəyəm. Biz Ermənistanı qətiyyətlə dəstəkləyirik. Biz bu kritik vəziyyətdə Ermənistan üçün daha nələr edə biləcəyimizi də müzakirə edəcəyik”, - o deyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 309 286 342 328 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.