Mələy0001

Mələy0001 Xəbərlər 5-08-2017, 15:22

İstirahət günün hava proqnozu

İstirahət günün hava proqnozu
İstirahət günün hava proqnozu



İstirahət gününün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Loading.Az-a verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.



Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, yağmursuz olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 581 577 566 494 583

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.