amon

amon Məşhurlar 22-10-2023, 22:14

Bunu piar üçün etmədim

Bunu piar üçün etmədim
"Brilliant xanım gözləmirdi ki, onun ad gününə gedərəm. Bu, sürpriz idi. Siz onun bu hadisədən təəccüblü reaksiyasını görmədiniz? İnsanlar çox tələsdilər bu barışığı beyinlərində montaj edib o formada təqdim etməyə".

Loading.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "10-da görüşək" səhər şousunda deyib. Sənətçi Xalq artisti Brilliant Dadaşova ilə barışmasından söz açıb. Lalə bildirib ki, qarşı tərəfin onun bu addımını atmasından xəbəri olmayıb:

"Mən Brilliant Dadaşova ilə barışmağımı piar üçün etmədim. Eləsəydim öz telefonuma çəkilərdi kənardan. Bu qəlbən gələn bir addım idi. Sadəcə sonradan başa düşdüm ki, bizim küsülü olmağımız musiqini sevməyən insanlar üçün nə qədər maraqlı imiş. Bizim barışmağımıza sevinənlərin sayı az oldu. Mən Brilliant xanımla rəfiqə olmamışam. Yaxın dostluğumuz da olmayıb. Arada boş, mənasız söhbətlər oldu. Bu addımı atmaq içimdən gəldi. Brilliant Dadaşova bu səhnədə artıq sözünü demiş sənətkardır. Onun həqiqiətən də xəbəri yox idi. Birdən birə illərdir danışmadığı insan daxil olur içəri... Onun bu reaksiyası da normal idi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 371 409 323 373 358

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.