ice berg

ice berg Məsləhətlər 26-10-2023, 14:00

Dırnaq yemək vərdişindən xilas olmağın yolu

Dırnaq yemək vərdişindən xilas olmağın yolu
Dırnaq yemək həm uşaqlarda, həm də böyüklərdə çox rast gəlinən bir vərdişdir. Əsasən, stresslə əlaqəli bir əsəbi vərdişdir. Bu isə əllərə və dırnaqlara ciddi zərər verə bilər".

"Loading.aZ " xəbər verir ki, bunu türkiyəli kliniki psixoloq Xədicə Börek "CNN Türk"ə danışarkən deyib.

Onun sözlərinə görə, adətən stress, narahatlıq və qorxu kimi səbəblərlə başlayan dırnaq yemək xəstəliyi əsasən yeniyetməlik dövründə artır. Bəzi uşaqlarda dırnaq yemək valideynlərini təqlid etməklə başlayır:

"Bəzən uşaq bunu, yaxud oxşar davranışı valideyndə görərək təkrarlayır. Bu davranış da sonradan qarşısı çətinliklə alınan vərdişə çevrilir. Bu, böyük yaşlı insanlarda isə əsasən stresli həyat tərzi ilə əlaqəlidir. Ən düzgün seçim isə uşaqlarda alternativ davranış inkişaf etdirməkdir. Məsələn, stresli bir vəziyyətlə qarşılaşdıqda, dərin nəfəs ala və ya meditasiya üsullarında istifadə etmək olar. Digər vacib məsələ isə, dırnaqları bacardığımız qədər qısa saxlamaqdır.Çünki bu zaman dırnaq yemək çətinləşir. Həmçinin dırnaq boyalarından istifadə də dırnaq yeməyin qarşısını ala bilər.

Lakin unutmaq olmaz ki, dırnaq yemək vərdişindən qurtulmaq çətin ola bilər. Bunun üçün terapevtdən kömək almağı da yoxlamaq olar. Bu, həm də ən düzgün üsullarla bu vərdişdən xilas olmağın açarıdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 372 401 336 415 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.