Həyat təslim olmamaq və üzərində işləməkdən ibarətdir” –
İsveçin “Yurqorden” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Musa Qurbanlı birinci hissədən sonra əvəzlənməyini şərh edərkən bildirib.
21 yaşlı azərbaycanlı bildirib ki, ən əsası qalib gəlməkdir:
“Ən vacibi üç xal və komandanın qalib gəlməsidir. Qalib gələndə sevinməliyik. Mən hücumçuyam və biz qollarla yaşayıb, nəfəs alırıq. Ona görə də bəzən qol vurmayanda bir az çətin olur. Mən həmişə çox məqsəd qoyuram, amma hələ gəncəm və başa düşürəm ki, vaxtım var. Sadəcə işləməliyəm. Özümü ruhdan salıb təslim olmamalıyam. Bu, prosesin bir hissəsidir”.
Azərbaycan millisinin üzvü qeyd edib ki, hazırda komandaya uyğunlaşmağa çalışır:
“Düşünürəm ki, həyat təslim olmamaq və üzərində işləməkdən ibarətdir. Bu mənim yolumdur. Mübarizəni davam etdirsəniz, sonunda istədiyinizi əldə edəcəksiniz”.