Ulya

Ulya Aforizm 5-08-2017, 16:15

Aforizmlər

Aforizmlər
Aforizmlər

Bəşəriyyət əsir olmaq istəmədiyi kimi, mükafat olmaq da istəmir.
Bediüzzaman Said-i Nursi

Bu dünyada yalnız iki faciə vardır: Biri insanın istədiyini əldə edə bilməməsi, o biri də etməsidir.
Oscar Wilde

İnsan istədiyini edə bilmədiyini, edə biləcəyini istəməli.
Terence (Publius Terentius Afer)

Bu dünya tələdir; dənəsi də istək.
Mevlana

Arzular! Heç yorulmayacaqsınız?
Andre Gide

İnsanlar arzularına son olmadığı üçün, bu arzuları təmin edəcək vasitələrə də son olmamasını istəyərlər.
Aristotales

Arzu elə bir şeydir ki, heç tükənməz; bir çox insanların həyatı, arzuları doyurma yollarını axtarmaqla keçər.
Aristotales

İstək, qadağanla artır.
Bertrand Russell

İlk arzunu məğlub etmək, onu təqib edən digərlərini razı etməkdən daha asandır.
Benjamin Franklin

Arzuladıqca qulunam, arzulandıqca qul.
Bedri Rahmi Eyüboğlu

Bir şeyə qarşı istək hiss etməyən ondan məhrum olmuş deyil.
Cicero

İnsanlar sevməyə öz arzularına, qorxmadan isə idarə edənlərin arzularına bağlıdırlar.
Niccolo Machiavelli

Arzunu düşünmək, onu daha da çoxaltmaq deməkdir.
Alain

Bir kimsənin rahat və dincliyinin olması üçün, çox vaxt bir arzu arxasında qaçması kifayətdir.
Alessandro Manzoni

Ən yüksək səadətə çatanlar belə, başqa arzular arxasınca dəli kimi qaçarlar.
Goethe

Arzularımız bizdən, əsil istədiyimiz şeyidə gizlədirlər.
Goethe

Arzudan daha qüdrətli, daha amansız maqnit ola bilməz.
Fronçois De Curel

Səadətə çatmadıqca qəlbimizdə arzular yaşar.
Gerhart Hauptmann

Bir şey arzu etmək. məsud olmamaq deməkdir.
Paul Gelardy

Arzularını və qorxularını ortadan sil. Artıq sənin üçün heç bir Zalim qalmaz.
Epiktetos

Qadağan, arzu doğurur.
Cenap Şehabettin

Arzular və hisslər ağlın səsini eşitməzlər.
Shakespeare

Əgər arzular at olsaydı, dilənçilər də bəlkə minə bilərdi.
John Ray

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
664 720 616 665 673 618

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.