HASANLY

HASANLY İdman 8-11-2023, 12:36

Çempionlar Liqası: Bu gün beş komanda 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər

Çempionlar Liqası: Bu gün beş komanda 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq.

“Report” un məlumatına görə, A, B, C və D qruplarında növbəti oyunlar keçiriləcək.

Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bavariya”nın qonağı olacaq.

“Mançester Siti” (İngiltərə) və “Leypziq”dən (Almaniya) sonra daha beş komanda 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. Bunlar “Bavariya”, “Arsenal”, “Real”, “Real Sosyedad” və “İnter”dir.

A qrupu

00:00. “Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
Xal durumu: “Bavariya” – 9 xal, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3, “Kopenhagen” – 1.

B qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya)
00:00. PSV (Niderland) – “Lans” (Fransa)
Xal durumu: “Arsenal” – 6, “Lans” – 5, “Sevilya” – 2, PSV – 2.

C qrupu

21:45. “Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya)
00:00. “Real” (İspaniya) – “Braqa” (Portuqaliya)
Xal durumu: “Real” – 9, “Napoli” – 6, “Braqa” – 3, “Union” – 0.

D qrupu

21:45. “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya)
00:00. “Zalsburq” (Avstriya) – “İnter” (İtaliya)
Xal durumu: “Real Sosyedad” – 7, “İnter” – 7, “Zalsburq” – 3, “Benfika” – 0.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 466 403 437 417 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.