ice berg

ice berg İdman 9-11-2023, 15:00

“Arsenal” məşhur yarımmüdafiəçini satır

“Arsenal” məşhur yarımmüdafiəçini satır
“Arsenal” yanvarda yarımmüdafiəçisi Tomas Partini satmağa hazırdır.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, 30 yaşlı futbolçunun böyük ehtimalla getməsinin əsas səbəbi çoxsaylı zədələrdir. “Arsenal”da dörd il ərzində Parti hər cür zədə səbəbindən 51 matçı buraxıb. Parti həm də həftədə 200.000 funt sterlinq gəlirlə klubda ən çox maaş alan oyunçulardan biridir və 2025-ci ilə qədər müqaviləsi var.

Parti kluba 2020-ci ilin oktyabrında “Atletiko Madrid”dən keçib. Transfer məbləği 50 milyon avro olub. Oyunçunun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermakrt Partini 35 milyon avro dəyərində qiymətləndirir.

Bu mövsüm Parti beş oyun keçirib və effektli olmayıb. “Arsenal”la birlikdə yarımmüdafiəçi İngiltərə Superkubokunu qazanıb.

“Arsenal” Premyer Liqanın 11 turundan sonra 24 xalla dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə “Mançester Siti” başçılıq edir (27 xal).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 365 346 333 301 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.