HASANLY

HASANLY İdman 28-11-2023, 13:54

Azərbaycan taekvondoçuları “Balkan Cup”da iki qızıl medal qazanıblar

Azərbaycan taekvondoçuları “Balkan Cup”da iki qızıl medal qazanıblar
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşım Maqomedov (63 kq) və Milad Beiqi Harçeqani (+87 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. O, bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə isə italiyalı idmançını üstələyib.
Dünya çempionu Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
314 382 341 333 292 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.