Haalanddan ÇL-də 2 rekord
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasında iki yeni rekorda imza atıb.
23 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Leyptsiq”lə görüşdə (3:2) fərqlənməklə nail olub. Erlinq ÇL-də vurduğu qolların sayını 40-a çatdırıb. Bunun üçün Haalanda cəmi 35 matç lazım olub. Nəticədə o, ÇL-də 40 qol həddinə ən tez çatan futbolçu adını qazanıb.
Haaland eyni zamanda PSJ-nin hücumçusu Kilian Mbappenin rekordunu da qırıb. O, Çempionlar Liqasında 40 qol vuran ən gənc futbolçu olub - 23 yaş, 130 gün.
Qeyd edək ki, Haaland 2022-ci ildən "Mançester Siti"də oynayır. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm o, bütün yarışlarda 20 matçda iştirak edib, 19 qol vurub və 4 qolun ötürməsini verib.