amon

amon Sevgi 6-08-2017, 20:16

Bu yazını saymasaq

Bu yazını saymasaq
Bu yazını saymasaq

Neçə vaxtdır fərq etdim ki; artıq içində sən olmayan cümlələr qururam. Nə böyük azadlıqdır!
İçində sən olmayan cümlələr…
Saxlanmış, basdırılmış bir sevginin ardından, səssiz düşüncələrə dalmaqdan imtina edib, susduğum sözləri atıb dəftərimdən, sənsiz yaşamağa başlamışammış.

Ağrının ürəyimi deşdiyi və ən sevdiyim zaman olan gecənin belə kabusa çevrildiyi o dekabr aylarından, səndən xəbərsiz bir günə oyanmağa başladığım kim bilir nə qədər oldu? Onu belə saymamışam!
Özümü sorğularkən tapdım ağılımı amma xeyr, bu sənə xəyanət deyil. Bu səni unutmaq da deyil! Bu həyata dönməkdir sanıram…
Səni unutduğumu söylədiyim bu an belə, unutmuş olduğumu xatırladan yenə sən deyilsən? O zaman necə unudulmuş ola bilərsən? Bu yalnız bir sehrdir sanki.

Ayrılığımızın ilk zamanlarında hər kəs səni soruşardı. Nəysə o hissəsi buraxıram. Hər adını ürəyimə bıçaqla batarmış kimi girən o ağrı, indi adını bir tortuna həkk edildiyini gördüyümdə belə səni düşünməməyə çevrildi.

Mən əslində səni unutmadım, yalnız idarəni əlimə aldım. Artıq yalnız və yalnız səni düşünmək istədiyim anlarda ağılıma gəlirsən. Məndən xəbərsiz beynimin ətrafında gəzmir səsin, xatirələrin və artıq yastığım daxil, evdəki heç bir əşya sənin qoxunu vermir.
Buralara gələ biləcəyimə heç inanmadı ürəyim. İlk günlər çox çətin idi. Gecələr boyu bitməyən bir işgəncə kimi, sən və sənə aid nə varsa, otağımın və ağılımın içində dönüb dayanırdı. Heç bitməyəcək sandığım dəlilik zamanları, ayrılıq ağrısının o soyuq sarılışı, həyatın bütün rənglərinə kor amma bir tək qarasını görən halımla, tək başıma döyüşdüm.
Mənzildən gələn hər ayaq səsinə, hər avtomobil qapısının bağlanmasına şüşəyə atılan məndən, azadlaşmış mənə keçiş etmək, dildə deyildiyi qədər asan olmadı. Yenə də bacardım, hər kəs kimi….


İndi xoşbəxtəm çünki içində sən olmayan cümlələr qurumuram. Bu yazını saymazsaq...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
680 678 704 678 721 685

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.