reklam
Səndən geriyə içimdə sadəcə boşluq var. Səndən geriyə içimdə sadəcə boşluq var. https://sun.az/uploads/posts/2023-12/thumbs/1702135434_img_20231209_192343_394.jpg
ice berg

ice berg Sevgi 10-12-2023, 23:00

Səndən geriyə içimdə sadəcə boşluq var.

Səndən geriyə içimdə sadəcə boşluq var.
İçimdəki duyğulara qıya bilsəm çoxdan silərdim səni.. Sakit qalıb düşünəndə daha yaxşı başa düşürəm, bu münasibət çoxdan bitməli idi. Sadəcə çox dirəndim, dirəndim ki, bu gerçəyi qəbul etməyim. Aylardır qəbul edə bilmədiyim bir şeyi bir gündə, bir gecədə, bəlkə də bir anın içində qəbul elədim. Elə bil içimdə bir səs dedi ki, "vəssalam, bura qədər idi". Elə belə də oldu. Mənim dərdim ən başından bəlli idi və bunun üçün səninlə çox mübarizə apardım, çox başa salmağa çalışdım. Amma o şeyi qəti şəkildə səndə görmədim - QARŞILIQLI münasibət. Yəqin düşünürdün ki, "məni bu qədər sevirsə heç vaxt gedə bilməz". Amma yox. Bir yerdə mütləq ki, qırılır... Fikirləşəndə hələ də məəttəl qalıram ki, bir gecənin içində səni necə o qədər sevə-sevə, içim qanaya-qanaya söküb atdım içimdən. Hissə-hissə.. hər şeyi.. Qırılma nöqtəmi yaşadım. Sevməyinə hələ də sevirəm səni, əlbəttə, iki günə unudulmur heçnə. Amma bitəndə həqiqətən bitir. İnsan hiss edir bunu içində. Bir münasibət üçün bəlkə də ən son lazım olan şey sevgidi, bunu anladım. Səndən geriyə içimdə sadəcə boşluq var. Qəribədir, daha az incidir indi. Bəlkə də nəhayət bu yuxudan ayıldığım üçün əslində sənə ayırdığım içimdəki yerin boşluğudur hiss etdiyim. Səni içinə sığdırdığım, hamıdan, hər şeydən qoruduğum o ayrı dünyanın boşluğu.. Hansı ki, həddən artıq məna yükləmişdim. Amma indi başa düşürəm ki, əslində heçnə yox imiş səndən geriyə qalan. Hamısı öz xəyallarım, öz düşüncələrim, öz inandıqlarım imiş...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
83 71 64 91 75 65

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.