HASANLY

HASANLY İdman 10-12-2023, 15:19

Argentinada oyun zamanı hakim futbolçunu bıçaqlayıb

Argentinada oyun zamanı hakim futbolçunu bıçaqlayıb
Misiones əyalətində (Argentina) futbol hakimi Remixio Armoa həbs edilib. O, gənclər komandasının oyunu zamanı futbolçunu bıçaqlayıb.

Hadisə futbolçuların hakimi mühasirəyə aldıqları davadan sonra baş verib. Armoa bıçağı çıxarıb və oyunçulardan birinin sinəsinə sancıb.

Futbolçu huşunu itirib və sonra komanda yoldaşları tərəfindən meydançadan çıxarılıb. Vaxtında edilən tibbi müdaxilə sayəsində futbolçunun həyatı üçün hazırda heç bir təhlükə olmadığı bildirilir.
Armoa qaçmağa cəhd edib, lakin yerli polis tərəfindən saxlanılıb. Hazırda Argentina polisi faktla bağlı araşdırma aparır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
296 291 315 278 274 266

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.