ice berg

ice berg Mətbəx 16-12-2023, 14:00

Yeni il süfrəniz üçün maraqlı "Milad topları" hazırlayın

Yeni il süfrəniz üçün maraqlı "Milad topları" hazırlayın
• Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsinə keçirmək lazımdır. Həmişə deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. Ona görə bu bayramda bacardığınız qədər şən, mehriban olmalı, küsülü olduğunuz yaxınlarınızla münasibətləri bərpa etməlisiniz. Bu bayramda diqqət çəkən məqamlardan biri də bayram süfrəsidir. Hər kəs çalışır ki, süfrədə müxtəlif taamlar, maraqlı yeməklər olsun. Bəs, bayramda görünüşcə fərqli və maraqlı nə hazırlamaq olar?

Loading.aZ bununla bağlı yeni il süfrənizə qoyacağınız maraqlı “milad topları” reseptini sizinlə bölüşür.

Tərkibi: 200 qram kəsmik;

• 200 qram rikotta;

• 50 qram parmesan;

• 1 diş sarımsaq;

• şüyüd, paprika və küncüt - bəzək üçün

Bişirmə üsulu:

Bütün inqrediyentləri həll olana qədər qarışdırın və kiçik toplar düzəldin. Daha sonra şüyüd, paprika və ya küncütdə yuvarlayın. Hər bir topun içinə bir qara zeytun yapışdırın. Şüyüd və ya cəfəri budaqlarından ilgəklər düzəldin.

Bu asan hazırlanan qəlyanaltı həm bayram süfrənizə bəzək verəcək, həm də dadından zövq alacaqsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 409 359 334 371 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.