ice berg

ice berg İdman 21-12-2023, 12:22

Xankəndidə TARİXİ OYUN: saatlar qaldı...

Xankəndidə TARİXİ OYUN: saatlar qaldı...


Bu gün işğaldan azad edilmiş ərazilərdə 30 illik fasilədən sonra ilk futbol matçı olacaq.

Xankəndinə ezam olunmuş əməkdaş xəbər verir ki, hazırda Xankəndi stadionunda “Qarabağ” - MOİK görüşünə son hazırlıqlar davam edir.

Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək.

Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Xatırladaq ki, axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Azərbaycan kuboku
1/8 final
21 dekabr (cümə axşamı)
14:00. “Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 296 334 321 257 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.