ice berg

ice berg İdman 24-12-2023, 16:46

Salahdan Premyer Liqada unikal nailiyyət

Salahdan Premyer Liqada unikal nailiyyət

Salahdan Premyer Liqada unikal nailiyyət
Salahdan Premyer Liqada unikal nailiyyət"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqanın XVIII turunda "Arsenal"la matçda qola imza atıb.

31 yaşlı misirli oyunun 29-cu dəqiqəsində hesabı bərabərləşdirib.

Bu, futbolçunun tarixdə London klubunun qapısına vurduğu 10-cu qol olub.

Qeyd edək ki, Salah Premyer Liqa tarixində "Arsenal", "Mançester Siti" (11) və "Mançester Yunayted" (12) komandalarına qarşı 10+ qol vuran yeganə oyunçudur.
Xatırladaq ki, dünənki "Liverpul" - "Arsenal" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Londonlular Premyer Liqada liderliyini davam etdirir. "Liverpul" isə ikinci yerdədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
418 475 366 416 411 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.