Bir an

Duyğulardan da güclü məhəbbət olurmu ki,
bunu yaxşı bilirik həyatda hər birimiz...
O,bizə rəhbər olan ömür yollarımı ki,
həyəcanla titrədik-kitab deyil ömrümüz...
Amma o duyğular da diqqətdə qalsın gərək,
həmişə xatırlana,unudulmaya bir an...
Sən ümid eyləmə ki,hər şey sadədir belə, -
bir kiçik səhv də hətta vurar şah damarından...
Sevən gözlər həyatda başqa cür baxar tamam,
o,yalnız baxacaqdır,yalnız öz sevdiyinə!...
Ey sevənlər,Sizlərdən tək bu,tələb olunan,
dünyada bir Siz olun və nöqtə...nöqtə yenə!...






