ice berg

ice berg İdman 28-12-2023, 15:00

Avropada ilin ən yaxşı idmançısı elan edildi

Avropada ilin ən yaxşı idmançısı elan edildi
Polşa Mətbuat Agentliyi ilin ən yaxşı Avropa idmançısını elan edib.

Loading.aZ'ın xarici mediaya istinadla xəbərinə görə, tennisçi Novak Cokoviç ən yaxşı idmançı seçilib.

Avropa xəbər agentliklərinin nümayəndələrinin iştirak etdiyi səsvermədə serbiyalı 178 xal toplayıb. O, “Formula 1” üzrə üçqat çempion holland Maks Verstappeni (150) və dayaqla tullanma üzrə Olimpiya çempionu isveçli Armand Duplantisi (92) qabaqlayıb.

2023-cü ildə Cokoviç dörd Böyük Dəbilqə turnirindən üçündə qalib gəlib. O, həmçinin Peşəkar Tennis Assosiasiyasının final turnirinin qalibi olub.

36 yaşlı Cokoviç dünyanın bir nömrəsidir. Ümumilikdə o, karyerası ərzində 98 titul qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 347 331 297 289 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.