KiBirLi_PrenS.

KiBirLi_PrenS. Ana və uşaq 3-01-2024, 14:00

Oğlum hər şeyə “yox” deyir...

Oğlum hər şeyə “yox” deyir...
İnsan oğlunun həyatında müəyyən dövrlər var və bu dövrlər arasında uşaqlıq dövrü xüsusi yer tutur. Ancaq uşaqlıq dövrünün də özündə xüsusi bir dövr var ki, bu dövr də 0-6 yaş dövrüdür. Çünki bu yaş dövründə uşağın həm fizioloji, həm də psixoloji inkişafı çox sürətlə baş verir. Ona görə də, məhz bu yaş dövründə ailədə verilən tərbiyənin keyfiyyəti çox mühüm əhəmiyyət kəsb edir.
Həmçinin, bu tərbiyənin keyfiyyəti ata və ana ilə yanaşı, yaxın ətrafın da uşağa qarşı olan münasibətindən çox asılıdır. 0-6 yaş dövründə isə 2 yaş dövrünə qarşı xüsusilə diqqətli olmaq və başqa ifadə ilə “2 yaş sindromu” adlandırılan bu çətin dövrü uşağa zərər vermədən daha asan keçmək üçün müəyyən qaydaları bilmək lazımdır.
İlk növbədə, unutmayın ki, bu yaşda olan uşaqlar “yox” sözündən çox tez-tez istifadə edirlər. Bunun əsas səbəbi isə uşağın özünün müstəqil bir fərd olduğunu valideynlərinə qəbul etdirməyə çalışmasıdır. Digər tərəfdən, uşaqlar özlərini ifadə etmək üçün söz dağarcıqlarında kifayət qədər söz olmadığı üçün, həmçinin, ata-anaları onları kifayət qədər başa düşmədikləri üçün “yox” sözündən çox tez-tez istifadə edirlər.
Ona görə də, bu yaşlarda “yox” deyən uşaqlarla ziddiyyətə getməməli və qəti şəkildə cəza və ya qadağa üsulundan istifadə etməməlisiniz. Bunun əvəzində lazım olan tədbirləri həyata keçirmək, ya da mövcud vəziyyətdən asılı olaraq alternativ variantlar təklif etmək olar. Məsələn, iti bıçaqla oynamaq istəyirsə, diqqətini başqa bir yerə və ya şeyə cəlb edərək, bıçağı uşağın götürə bilməyəcəyi bir yerə qoymaq olar. Ya da iti olmayan bir bıçaqla meyvə və ya tərəvəzləri “doğramasına” icazə vermək olar və s.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 393 322 348 320 319

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.