Ulya

Ulya Maraqlı 7-08-2017, 20:40

İtalya haqqında

İtalya haqqında
İtalya haqqında



İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica italiana) – Avropanın cənubunda dövlət. Əhalisi təxminən 58 milyon nəfərdir. Etnik qruplar italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlardır. Orta uzunömürlülük (1992-ci il üçün) kişilərdə – 74 yaş, qadınlarda – 81 yaşdır. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2 nəfərdir. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10 nəfərdir.

Dövlət dili italyan dilidir. Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.
Əhalisi
İtaliya əhalisi təxminən 58 milyondur. Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10.
Din
Ölkənin 90%-ni katoliklər, 10%-ni isə protestant, yəhudi və müsəlmanlar təşkil edir.
6 yanvar, pasxa bazar ertəsi, 25 aprel – faşizmdən qurtuluş günü, 1 may – əmək günü, 2 iyun – respublika elan olunması günü (Romada paradla keçir), 15 avqust – Uspeniye (ferraqosto), 1 noyabr- bütün müqəddəslərin günü, 5 noyabr, 25 dekabr – milad (adətən evdə yaxın və qohumların əhatəsində keçirilən ən sevimli bayramdır).

Bundan başqa hər bir kənd və şəhər öz müqəddəsinin ad gününü qeyd edir; Roma – Petr, Milan – Amvrosiy, Turin – İoann və s.

İyul və avqustda bir çox firmalar işi dayandırır və tətilə bağlanırlar. Həmçinin, milad bayramı və yeni ildə də.
İtaliyada uşaq evləri yoxdur.
İtaliyada kimsəsiz ev heyvanları yoxdur.
Siciliya və Kalabriyanın biznesmənlərinin 80%-i mafiyaya xərac verirlər.
İtalyanın adı yunan sözü italiosdan (buzov) əmələ gəlib.
Siciliya adasında yerləşən Sirakuza şəhəri bir zamanlar ən böyük yunan şəhəri olmuşdur.
İtaliya turistlərin ziyarət sayına görə dünyada dördüncü yerdədir. Hər il bura 40 milyondan çox turist gəlir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
753 730 737 691 670 732

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.