ice berg

ice berg İdman 6-01-2024, 14:00

"Fənərbaxça" "Bavariya"nın keçmiş oyunçusunu alır

"Fənərbaxça" "Bavariya"nın keçmiş oyunçusunu alır
Türkiyənin “Fənərbaxça” klubu diqqətini Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Korentin Tolissoya yönəldib.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, Türkiyə klubu 29 yaşlı Tolisso üçün 5 milyon avro ödəməyə hazırdır.

Bu mövsüm Tolisso Fransa çempionatında 12 oyun keçirib və 1 qol vurub. Korentin “Lion” akademiyasının yetirməsidir və 2013-cü ildən komandada çıxış edir. 2017-ci ildə yarımmüdafiəçi “Bavariya”ya keçsə də, bir neçə ildən sonra yenidən “Lion”a qayıdıb.

29 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Transfermarkt internet portalı Tolissonun bazar dəyərini 5 milyon avro qiymətləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 370 317 290 270 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.