HASANLY

HASANLY İdman 7-01-2024, 13:32

Azərbaycan Premyer Liqasında mövsümün ən gənc beş futbolçusunun adı açıqlanıb

Azərbaycan Premyer Liqasında mövsümün ən gənc beş futbolçusunun adı açıqlanıb
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən gənc beş futbolçusunun adı açıqlanıb.

Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ilk yarıda 18 yaşadək iki futbolçu meydana çıxıb.

İlk iki dövrənin hər iki gənc oyunçusu “Sumqayıt”ın üzvüdür. İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir.

Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb. Bu, “Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün ən gənc 5 futbolçusu:

1. Nihad Əhmədzadə (“Sumqayıt”) - 17 yaş 12 gün

05.08.2023. “Səbail” - “Sumqayıt” 1:4

2. Sənan Muradlı (“Sumqayıt”) - 17 yaş 338 gün
08.12.2023. “Sumqayıt” - “Qarabağ” 1:6

3. Cavid Qasımov (“Turan Tovuz”) - 18 yaş 58 gün

28.10.2023. “Turan Tovuz” - “Kəpəz” 4:0

4. Cavad Kərimov (“Kəpəz”) - 19 yaş 20 gün

06.08.2023. “Kəpəz” - “Neftçi” 1:0

5. Nəriman Axundzadə (“Qarabağ”) - 19 yaş 104 gün

05.08.2023. “Qarabağ” - “Zirə” 0:1

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
354 266 270 245 275 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.