ice berg

ice berg İdman 8-01-2024, 13:00

Dünyanın ən bahalı futbol klubları - SİYAHI

Dünyanın ən bahalı futbol klubları - SİYAHI
"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının siyahısını dərc edib. Komandalar idman bazarındakı infrastruktur, tərkib və kommersiya statusuna görə qiymətləndirilib.

Loading.aZ Lent.az-a istinadla bildirir ki, birinci yeri ekspertlərin hesablamalarına görə 5 milyard 490 milyon avro olan "Real Madrid", ikinci yeri isə "Mançester Yunayted" tutub. Klubdakı real böhrana baxmayaraq, onun dəyəri hələ də yüksəkdir və 5 milyard 427 milyon avro təşkil edir. İlk üçlüyü 4 milyard 984 milyon avro ilə "Barselona" tamamlayır.

Qeyd edək ki, ilk 10-luqda yer alan klubların əksəriyyəti Premyer Liqadandır, A Seriyasından isə heç bir komanda bu reytinqə daxil edilməyib.

"Forbes" jurnalına görə dünyanın ən bahalı 10 klubu:

1. "Real Madrid" - 5,5 milyard avro.
2. "Mançester Yunayted" – 5,4 milyard avro.
3. "Barselona" – 4,9 milyard avro.
4. "Liverpul" - 4,7 milyard avro.
5. "Mançester Siti" – 4,5 milyard avro.
6. "Bayern" - 4,3 milyard avro.
7. PSJ – 3,8 milyard avro.
8. "Çelsi" - 2,8 milyard avro.
9. "Tottenham" – 2,5 milyard avro.
10. "Arsenal" - 2,4 milyard avro.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 396 366 406 355 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.