HASANLY

HASANLY İdman 11-01-2024, 19:49

“Kocaelispor”un prezidenti: “Ramil Şeydayevlə anlaşdıq”

“Kocaelispor”un prezidenti: “Ramil Şeydayevlə anlaşdıq”
“Ramil Şeydayev sabah aramızda olacaq”.

“Report”un məlumatına görə, bunu “Radyospor”a açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun deyib.

TFF I Liqasında çıxış edən klubun rəhbəri Azərbaycan millisinin futbolçusunun Tailand təmsilçisi “Buriram Yunayted”lə bu gün vidalaşacağını açıqlayıb:

“Ramil Şeydayevlə anlaşdıq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.

Qeyd edək ki, “Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

“Kocaelispor” klubuna keçəcəyi gözlənilən Ramil Şeydayevin Türkiyə təmsilçisindəki qazancı bəlli olub.

27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək.

Şeydayevin növbəti mövsüm üçün qazancı isə 550 min avro olacaq.

Qeyd edək ki, oyunçunun “Kocaelispor”la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
306 300 294 279 312 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.