ice berg

ice berg Xəbərlər 17-01-2024, 14:15

İlk dəfə Türkiyə vətəndaşı kosmosa göndərilir

İlk dəfə Türkiyə vətəndaşı kosmosa göndərilir
Yanvarın 17-dən 18-nə keçən gecə yerli saatla 01:11-də türk astronavt ilk dəfə kosmosa səyahət edəcək.

"Loading.aZ" xarici KİV-ə istinadən xəbər verir ki, mərasimi saat 23.00-dan etibarən Ankara-Kızılay və İstanbul-Taksimdəki planetariumlardan izləmək mümkün olacaq.

Gezeravcının Ax-3 uçuşunda ABŞ və İspaniyanı təmsil edən missiya lideri Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından İsveçli Markus Vandt da iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 fevral 2021-ci il tarixində Milli Kosmos Proqramını açıqlayıb. O, kosmosa 10 hədəf arasında Türkiyə vətəndaşının da göndərilməsi ilə bağlı başlatdığı layihənin sona çatdığını bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 376 304 313 324 261

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.