ice berg

ice berg Müxtəlif 26-01-2024, 18:00

Bakını aydınladan məğrur gözəllikləri görməyə çalışıram..

Bakını aydınladan məğrur gözəllikləri görməyə çalışıram..
Qaranlıq bir otaqda oturmuşam..
Duyğularım bədənimə, bədənim ruhuma, ruhum gileyimə qarışıb..
Yan tərəfdə çox gözəl piano çalır..
Uşaqca xəyallar qururam..
Otağın zil qaranlığı və xəyallarımın parlaqlığı ilə yaranmış vəhdətin içində toz oluram..
Yağışdan sonra pəncərəmdəki yaranmış çirkə baxır və onun arxasında Bakını aydınladan məğrur gözəllikləri görməyə çalışıram..
Dünəndən çəkməyə başladığım rəsm var..
Nəsə içimdən bitirmək gəlmir..
Sevgini, nifrəti, səadəti çəkə bilmədiyim üçün gileylənirəm öz-özümə...
Balacaları böyüdən, böyükləri qocaldan, qocaları öldürən bu dünyanı saxlamağa 2 əlim yetmir..
Deyəsən, bu dünya bizə qalası deyil..
Heç kəsə qalası deyil..
Heç kəsə qalmayan dünyada duyğular içində boğuşub, yaxşı insan olaraq yaşamaq da ağıla sığan deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 450 444 426 404 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.