ice berg

ice berg Texnologiya 26-01-2024, 20:00

Cihazları asanlıqla sarj edəcək texnologiya hazırlandı

Cihazları asanlıqla sarj edəcək texnologiya hazırlandı
Finlandiya alimləri qadcetlərin enerji ilə doldurulması prosesini xeyli asanlaşdıracaq texnologiya hazırlayıblar.

Loading.aZ xəbər verir ki, bir qrup fin alimi elektrik enerjisinin təmassız şəkildə ötürülməsində mühüm irəliləyiş əldə edib.

Tədqiqatçılar elektrik enerjisini 18 sm məsafədə 7,2 sm olan bir rulondan digərinə ötürə biliblər. Ötürülmə səmərəliliyi 80% təşkil edib.

İlk baxışdan elə görünə bilər ki, 18 sm o qədər də çox deyil. Əslində, söhbət əsl sıçrayışdan gedir. Bazarda olan simsiz şarj cihazları induksiya pad ilə doldurulan qadcetin fiziki təmasını təmin edir. Mütəxəssislərin fikrincə, bu səbəbdən simsiz enerji doldurmanın tətbiqi prosesi çox ləng gedir.

Simsiz şarj cihazları ilə bağlı əsas problem ondan ibarətdir ki, induksiya sahəsi ilə doldurulan qadcet arasındakı məsafə artdıqca simsiz şarjın effektivliyi azalmağa başlayır. Finlandiya alimləri uzun məsafələrə enerji ötürülməsinin səmərəliliyini artıra bilən təmassız enerji doldurmanın dinamik nəzəriyyəsini işləyib hazırlayıblar.

Tədqiqatçıların fikrincə, tezliklə insanların artıq smartfonlarını enerji ilə doldurmaqdan narahat olmayacaq. Çünki istifadəçilər öz işləri ilə məşğul olarkən onlar elektrik enerjisini “havadan” alacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 411 377 385 333 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.