HASANLY

HASANLY İdman 29-01-2024, 17:01

Estoniyada futbol klubuna Qarabağın adı verildi

Estoniyada futbol klubuna Qarabağın adı verildi
Azərbaycanlı iş adamı Emin Munşiyevin yeni sahib olduğu Estoniyanın “Viimsi Smsraha” futzal klubunun adı dəyişdirilib.

Artıq bundan sonra Tallini təmsil edən klub “Viimsi FC Karabakh” adlandırılacaq.

“Fast food” restoranları şəbəkəsinin sahibi olan Emin Munşiyev klubun prezidenti, onun şəriki Bəxtiyar Cəbrayılov isə vitse-prezident olub.

“Qarabağ” mini-futbol komandasının (klub Rusiya paytaxtı Moskvanı təmsil edir) sabiq rəhbəri Elnur Vəliyev isə “Viimsi FC Karabakh”ın idman direktoru təyin edilib.
Məlumat üçün əlavə edək ki, bundan əvvəl “Viimsi FC Karabakh” üç dəfə Estoniya çempionu olub və Çempionlar Liqasında çıxış edib. Bu mövsüm Tallin klubu çempionatda ikinci yerdə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 288 261 301 297 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.