Musayev

Musayev İdman 2-02-2024, 18:38

"Barselona" futbolçusunun evi ikinci dəfə qarət edildi

"Barselona" futbolçusunun evi ikinci dəfə qarət edildi
"Barselona"nın müdafiəçisi Jül Kounde İspaniya Primerasının 22-ci turunun "Vilyarreal"la oyununda (3:5) iştirak edərkən, onun evi qarət edilib.

Məlumata görə, oğrular fransalı müdafiəçinin Sitjes şəhərində yerləşən evinə daxil olublar. Lakin hazırda Kundenin evindən dəqiq nəyin oğurlandığı barədə məlumat yoxdur.

Bu hadisə son bir il ərzində fransız futbolçunun evində baş verən ikinci oğurluq hadisəsidir. 2023-cü ilin aprelində Kundenin evi ilk dəfə soyğunçuların hücumuna məruz qalıb. Futbolçunun özü həmin anda "Betis"lə oyununda (4:0) iştirak edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 247 261 323 276 274

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.