ice berg

ice berg İdman 2-02-2024, 22:00

"Liverpul"dakı gələcəkləri bəlli oldu

"Liverpul"dakı gələcəkləri bəlli oldu
"Liverpul"un müdafiəçisi Vircil van Deyk və hücumçu Məhəmməd Salah karyeralarını İngiltərə komandasında davam etdirə bilərlər.

Loading.aZ'ın xarici mediaya istinadla məlumatına görə, "Liverpul" futbolçularını heyətdə saxlamaq üçün hər cür səy göstərməyi planlaşdırır. Mənbənin məlumatına görə, İngiltərə klubunun rəhbərliyi yeni çalışdırıcının artıq əsas heyəti olan komandada işə başlamaq istəyəcəyi qənaətindədir.

Əvvəllər Salah və van Deykin bu mövsümün sonunda "Liverpul"un baş məşqçisi Yurgen Kloppun ardınca gedərək Mersisayd klubunu tərk edəcəyi bildirilirdi.

Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını açıqlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
343 325 305 308 321 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.