Nə mənası


Xəyanət varsa canda
Ayrıl,tərk et o anda
Sevməyənin yanında
Qalmağın nə mənası
Sevgim sanki,duman sis
Öldü məndə eşqə hiss
Sənə bundan sonra pis
Olmağın nə mənası
Ayrılsaqda dost qalaq
Şərt deyil düşmən olaq
Daha araya nifaq
Salmağın nə mənası
Dərtdi yıxan Arazı
Bəxtindəndi narazı
Günahlarla namazı
Qılmağın nə mənası







