ice berg

ice berg İdman 11-02-2024, 18:53

29 görüşdə 20 qol: Bellinqem "Real Madrid"də rekord qırdı

29 görüşdə 20 qol: Bellinqem "Real Madrid"də rekord qırdı
"Real Madird"in yarımmüdafiəçisi Cud Bellinqem İspaniya La Liqasının 24-cü turunda "Jirona" ilə oyunun (4:0) qəhrəmanlarından birinə çevrilib. Görüş zamanı britaniyalı yarımmüdafiəçi iki qola imza atıb.

Beləliklə də, Bellinqem Madrid klubunda keçirdiyi 29 görüşdə 20 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bununla da o, əvvəllər "Real Madrid"də oynamış beş görkəmli futbolçunun qol sayını ötüb: David Bekhem (13) , Maykl Ouen (13), Aryen Robben (11), Uesli Sneyder (11) və Mikael Laudrup (12).
Qeyd edək ki, Bellinqem bu mövsüm komandanın bombardiridir. Cud 21-ci əsrdə bir La Liqa mövsümündə 15 qol həddinə çatan yeganə "Real Madrid" yarımmüdafiəçisidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 403 352 324 340 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.