HASANLY

HASANLY İdman 23-02-2024, 11:13

Çalhanoğlunun transfer dəyəri maksimuma çatdı

Çalhanoğlunun transfer dəyəri maksimuma çatdı
“İnter”in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu 30 yaşında olmasına baxmayaraq transfer dəyərinin zirvəsinə çatıb.

Bu barədə nüfuzlu “Transfermarkt” internet portalı xəbər verir.

Mənbənin sözlərinə görə, hazırda yarımmüdafiəçinin bazar qiyməti 40 milyon avro civarında dəyişir.

Çalhanoğlu peşəkar karyerası ərzində “Karlsrue”, “Hamburq”, “Bayer Leverkuzen” və “Milan” kimi klublarda çıxış edib.
Türkiyəli yarımmüdafiəçi “İnter”ə 2021-ci ilin iyulunda azad agent kimi keçib.

Bu mövsüm heyətdə bütün turnirlərdə 30 oyun keçirən Çalhanoğlu 11 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bundan əvvəl Çalhanoğlu UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər siyahısına daxil edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
344 323 298 310 308 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.